Vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı proseduru müəyyənləşir

Vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı proseduru müəyyənləşir
  • Clock-gray 15:07
  • calendar-gray 24 Aprel 2020

İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatının cinayət təqibi orqanının yerləşdiyi ünvan üzrə aparılması təklif olunur.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna  təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, əcnəbilərlə bərabər, vətəndaşlığı olmayan şəxslərə də Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə ya qaçqın statusu verilərkən, habelə Azərbaycanda müvəqqəti olma müddəti uzadılarkən onlar eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınacaqlar.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date