Vüqar Oruc: “Partiyamız YAP-a milli və dövlətçilik maraqları naminə qoşulub”

Vüqar Oruc: “Partiyamız YAP-a milli və dövlətçilik maraqları naminə qoşulub”
# 05 mart 2021 16:18 (UTC +04:00)

“Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar Azərbaycan, milli və dövlətçilik maraqları naminə atılmış addımdır”.

Bunu APA-ya açıqlamasında YAP qoşulmuş Milli Qurtuluş Partiyasının sədri Vüqar Oruc bildirib.

V. Oruc deyib ki, əgər bir partiya digər partiya ilə eyni düşüncə, məram və dəyərləri bölüşürsə, eyni ideya daşıyıcısıdırsa, qarşıya qoyulan məqsədlər arasında ciddi fərqlər yoxdursa, o zaman Azərbaycan naminə milli güclərin, siyasi qüvvələrin konsolidasiyasına nail olmaq baxımından bir arada olmaları, birləşmələri daha məqsədə uyğundur: “Martın 4-də Milli Qurtuluş Partiyasının onlayn formatda keçirilən V qurultayında partiyanın kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar bu məqsədi daşıyıb”.

V. Oruc qeyd edib ki, qərar bu məqsədi daşıdığı üçün Yeni Azərbaycan Partiyasının rəhbər strukturlarında təmsilçilik məsələsi müzakirə edilməyib: “ Yeni Azərbaycan Partiyasına birləşmək barədə qərarımıza da sırf ideoloji və siyasi qərar kimi baxılmasını arzulayırıq”.

Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayında Milli Qurtuluş Partiyasının Yeni Azərbaycan Partiyasına birləşmək haqqında müraciəti qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR