Vüsal Qasımlı: "Azərbaycan bu il də əsas reytinqlərdə irəliləyib"

Vüsal Qasımlı: "Azərbaycan bu il də əsas reytinqlərdə irəliləyib"
  • Clock-gray 15:30
  • calendar-gray 03 Dekabr 2019

"Azərbaycan bu il də əsas reytinqlərdə irəliləyib".

APA-nın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dövlət idarəetməsində aparılan islahatlara həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan "İRS Fondu"nun təqdim elədiyi iqtisadi azadlıq indeksində irəliləyərək 61-ci yerdə qərarlaşıb: "İqtisadi azadlıq indeksinin tarixində ən çox irəliləyiş edən ölkə Azərbaycandır. Azərbaycan eyni zamanda Davos İqtisadi Forumunun Qlobal Rəqabətlilik hesabatında daha 11 pillə irəliləyərək 58-ci yerdə qərarlaşıb. Ölkəmiz eyni zamanda "Doing Business"də yenə də ən islahatçı ölkə statusunu saxlayıb və bu il də dünyanın 20 ən islahatçı ölkəsi sırasına daxil olub. Bütün bunlar prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan böyük nailiyyətlərdir".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date