Vyetnamlı müşahidəçi: “Qayda pozuntusunun şahidi olmadım”

Vyetnamlı müşahidəçi: “Qayda pozuntusunun şahidi olmadım”
# 09 fevral 2020 20:52 (UTC +04:00)

“Seçkilərdə yüksək texnologiyalardan istifadə bizdə böyük təəssürat yaratdı”.

APA-nın xəbərinə görə, bunu bu gün Azərbaycanda növbədənkənar parlament seçkilərini izləyən Vyetnam parlamentinin üzvü Vu Nighem Khai mətbuat konfransında deyib.

“Xüsusilə məntəqələri canlı izləmək imkanı yaradılmışdı ki, bunu xüsusi qeyd etməliyəm. Barmağa vurulan mürəkkəb bir şəxsin seçkidə iki dəfə iştirakının qarşısını alır. Mən bu gün 5 məntəqədə oldum. Vətəndaşlar demokratik şəkildə səsvermə prosesində iştirak etdilər. Hər hansı qayda pozuntusunun şahidi olmadım. Seçicilərlə də söhbət etdim. Onlar gələcək deputatlarını fəal, məsuliyyətli şəxs kimi görmək istədiklərini və gənclərin parlamentdə təmsil olunmasına tərəfdarı olduqlarını bildirdilər. Düşünürəm ki, bu seçkilər ölkəni daha yeni nailiyyətlərə doğru aparacaq. Vyetnam olaraq bu bizi sevindirir”, - deyə Vu Nighem Khai vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR