XİN-də Əhmədiyyə Cəbrayılovun foto sərgisi təşkil olunub

XİN-də Əhmədiyyə Cəbrayılovun foto sərgisi təşkil olunub
# 28 dekabr 2020 18:00 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin “Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında” 2206 nömrəli 11 sentyabr 2020-ci il tarixli Sərəncamının icrası çərçivəsində bu ilin 28-30 dekabr tarixlərində Xarici İşlər Nazirliyində Əhmədiyyə Cəbrayılovun foto sərgisi təşkil olunub.

Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, sərgidə Əhmədiyyə Cəbrayılova Ulu Öndər Heydər Əliyev, Fransa Prezidenti Şarl de Qoll, Fransa Kommunist Partiyasının (FKP) baş katibi Jak Duklo, habelə SSRİ tərəfindən təltif edilmiş orden və medallar, onun həyatı və döyüş yolu, eləcə də Birinci Qarabağ müharibəsində şəhid olmuş oğlu, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mikayıl Cəbrayılova dair şəkillər yer alıb.

Həmçinin Sərəncam çərçivəsində Xarici İşlər Nazirliyi tərəfindən “Əhmədiyyə Cəbrayılov” adlı sənədlər toplusu nəşr edilib və qarşıdan gələn aylarda nəşrin təqdimatı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR