Xam dərinin alışının nağdsız həyata keçirilməsi təklif edilir

Xam dərinin alışının nağdsız həyata keçirilməsi təklif edilir
# 17 aprel 2020 17:47 (UTC +04:00)

Xam dərinin tədarükü (alışı) nağdsız qaydada həyata keçiriləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən yeni – 3.5.5-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, xam dərinin tədarükü (alışı) nağdsız qaydada həyata keçirilən hesablaşmalar sırasına daxil edilir. Beləliklə, nağdsız qaydada həyata keçirilən hesablaşmaların sayı artacaq.

İndiyə qədər kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; əlvan və qara metal qırıntılarının qəbulu; utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu nağdsız qaydada həyata keçirilən hesablaşmalar sırasına daxil idi.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR