Xarici dildə reklama dair yeni qayda müəyyənləşir

Xarici dildə reklama dair yeni qayda müəyyənləşir
# 17 mart 2020 09:19 (UTC +04:00)

Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi qaydası dəyişir.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, reklam verənin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı, digər dillərdən istifadə oluna bilər. İndiyə qədər bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin 1/3-dən çox olmamalı idi.

Dəyişikliyə əsasən, xarici dildə olan mətnin reklamın yerləşdiyi ümumi sahənin 1/3-dən çox olmamasına dair tələb ləğv edilir.

Layihəyə əsasən, bu halda xarici dildə olan mətn dövlət dilində olan mətnin tutduğu sahədən çox olmamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR