Xəlifə Haftarın ordusu Tripolidə hərbi məktəbə hücumda iştirakı inkar edib

Xəlifə Haftarın ordusu Tripolidə hərbi məktəbə hücumda iştirakı inkar edib
# 05 yanvar 2020 21:24 (UTC +04:00)

“Marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu (LMO) Tripolidəki hərbi məktəbə hücumda iştirak etməyib”.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu LMO-nun rəsmi nümayəndəsi Əhməd əl-Mismari bildirib.

“Faktlar onu göstərir ki, kursantlara qarşı terror aktı törədilib. Bəlkə də bu, mina olub, havadan zərbə deyil”, - əl-Mismari belə deyib.

O, həmçinin bu insidentin BMT-nin beynəlxalq təhqiqatçılarının iştirakı ilə araşdırılmalı olduğunu bildirib.

Qeyd edək ki, Tripolidə hərbi təlim məktəbinə endirilmiş aviazərbə nəticəsində 30 kursant ölüb, daha 33 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR