Xorvatiyanın sabiq dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Xorvatiyanın sabiq dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
# 26 dekabr 2020 15:59 (UTC +04:00)

2000-2010-cu illərdə Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, əziz dostum.

Bizim hamımıza çoxlu çətinliklər gətirən, dünyanı heç vaxt təsəvvür edə bilməyəcəyimiz şəklə salan bu ilin sonunda xüsusi məmnunluqla Sizə arzu edirəm ki, Yeni il sülh, anlaşma, qarşılıqlı əməkdaşlıq və pandemiyanın aradan qaldırılması üçün perspektivlər açsın.

Eyni zamanda, icazə verin, doğum gününüz münasibətilə Sizə ən xoş və səmimi arzularımı çatdırım, habelə öz Vətəninizin inkişafı naminə yorulmadan çalışdığınız ali vəzifənin yerinə yetirilməsi işində uğurlar diləyim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR