YAP Gənclər Birliyinin yeni sədri, sədr müavinləri məlum olub - YENİLƏNİB

YAP Gənclər Birliyinin yeni sədri, sədr müavinləri məlum olub - YENİLƏNİB
# 11 mart 2021 17:44 (UTC +04:00)

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin iclası keçirilib.

YAP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, partiyanın yeni Nizamnaməsinə əsasən, YAP Gənclər Birliyinin sədri və müavinləri partiya sədrinin təqdimatı əsasında İdarə Heyəti tərəfindən təsdiq edilir.

Artıq bu barədə müvafiq qərar qəbul olunub. Bəxtiyar İslamov YAP Gənclər Birliyinin sədri, Sevinc Saleh qızı Qasımova və Fəsli Nəbi oğlu Nəbiyev sədrin müavini təyin olunublar. Eyni zamanda 30 nəfər YAP Gənclər Birliyinin üzvü seçilib.

***

16.20

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin yeni sədri seçilib.

APA-nın məlumatına görə, YAP-ın Gənclər Birliyinin bu gün keçirilən iclasında sədr seçkisi keçirilib.

Bəxtiyar İslamov YAP Gənclər Birliyinin sədri seçilib.

O, buna qədər “ASAN Könüllüləri” Təşkilatının sədri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR