YAP İcra Katibliyində “Vətən müharibəsi-Böyük qələbə” mövzusunda videokonfrans keçirilib

YAP İcra Katibliyində “Vətən müharibəsi-Böyük qələbə” mövzusunda videokonfrans keçirilib
# 10 noyabr 2020 15:56 (UTC +04:00)

Noyabrın 10-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Vətən müharibəsində qazanılmış qələbə münasibətilə videokonfrans keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, videokonfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan Ordusunun əldə etdiyi böyük qələbə tariximizdə xüsusi əhəmiyyət kəsb edir.

O bildirib ki, bu qələbə tariximizə qızıl hərflərlə yazılacaq: “Xalqımız 30 ildir bu qələbəni gözləyib, amma təkcə gözləməyib, ona hazırlaşıb. Bunun nəticəsində də Azərbaycan möhtəşəm, əzəmətli qələbəsini təmin edib. Bu qələbənin tarixdə mühüm yeri təkcə 30 il sonra torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də milli qürurumuzun qaytarılmasıdır".

Daha sonra videokonfransda çıxış edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov qeyd edib ki, bu gün xalqımız qürurlu anlarını yaşayır: "Çünki 30 il işğal altında olan torpaqlarımız azad olunub. Ötən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin siyasi həlli ilə bağlı heç bir addım atmayıb, Ermənistanı işğalçı kimi tanımayıb. Üstəlik, Ermənistan hakimiyyətinin təxribatları vəziyyəti daha da gərginləşdirdi. Buna görə də, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etməyə başladı".

Tədbirdə həmçinin, Milli Məclisin deputatları- Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR