YAP-çı deputat: ““Siyasi partiyalar haqqında” qanuna yenidən baxılmalıdır”

YAP-çı deputat: ““Siyasi partiyalar haqqında” qanuna yenidən baxılmalıdır”
# 28 dekabr 2020 13:03 (UTC +04:00)

“Gələcəkdə süni transferlər, süni partiya yaradılmasının olmaması üçün “Siyasi partiyalar haqqında” qanuna yenidən dəyişiklik edilməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, qanunda vəsaitin 5%-i sözündən əvvəl Milli Məclisin razılığı ilə sözü əlavə edilməlidir.

Deputat Siyavuş Novruzov isə bildirib ki, ümumiyyətlə, “Siyasi partiyalar haqqında” qanuna yenidən baxılmalıdır: “Bu qanunda digər qanunlara, məsələn “Sərbəst toplaşma azadlığı haqqında” və s. qanunlara uyğunlaşdırmalar aparılmalıdır. Fazil Mustafanın fikri ilə razı deyiləm. Sabah Milli Məclisdə 10 bitərəf hansısa partiyaya keçməklə bağlı qərar qəbul edə bilər, buna məhdudiyyət qoysaq, onda biz həmin şəxslərə 5 il məhdudiyyət qoymuş olacağıq. Dünyanın hər yerində belə təcrübə var. Yəni kimsə hansısa partiyadan çıxa, hansısa partiyaya keçə bilər. Bu məsələlərə fundamental yanaşmaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR