YAP-da İcra katibliyi ləğv edilib - YENİLƏNİB

YAP-da İcra katibliyi ləğv edilib - YENİLƏNİB
# 05 mart 2021 16:50 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasında (YAP) icra strukturu Mərkəzi Aparat olacaq.

Bu barədə APA-ya açıqlamasında YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

O qeyd edib ki, partiyada İcra katibliyi ləğv edilib.

Qeyd edək ki, YAP-ın VII qurultayına qədər partiyanın icra katibi Əli Əhmədov olub. Bu gün Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Əli Əhmədov da YAP sədrinin müavini təyin olunub.

***

16.27

Yeni Azərbaycan Partiyasında (YAP) yeni struktur olacaq.

APA-nın məlumatına görə, partiyanın Mərkəzi Aparatı yaradılıb.

Tahir Budaqov YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR