YAP-ın MSK üzvlüyünə namizədləri məlum olub - SİYAHI - YENİLƏNİB

YAP-ın MSK üzvlüyünə namizədləri məlum olub - SİYAHI - YENİLƏNİB
# 23 aprel 2021 15:57 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri məlum olub.

APA-nın məlumatına görə, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında hakim partiyadan MSK üzvlüyünə Məzahir Pənahov, Rövzət Qasımov,

Hüseyn Paşayev, Şaiddin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Surəddin Hümbətov (ehtiyat üzv) və Nailə Əsgərovanın (bitərəflərin YAP-la razılaşdıracağı) namizədliyi müəyyənləşib.

Qeyd edək ki, yeni seçilən Milli Məclisdə çoxluq YAP-dadır. Hakim partiya parlamentdə 70 deputatla təmsil olunur.

***

15.10

Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşməsi məsələsi müzakirə edilir.

APA-nın məlumatına görə, YAP İdarə Heyətinin bu gün keçirilən iclasında parlamentdə çoxluq təşkil edən hakim partiyanın MSK üzvlüyünə Məzahir Pənahov, Rövzət Qasımov, Hüseyn Paşayev, Şaiddin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Surəddin Hümbətov (ehtiyat üzv) və Nailə Əsgərovanın (bitərəflərin YAP-la razılaşdıracağı) namizədliyi müzakirə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR