YAP-ın Milli Məclisin Sədri və Milli Məclis Sədrinin müavini postlarına namizədləri müəyyənləşib - YENİLƏNİB 1

 YAP-ın Milli Məclisin Sədri və Milli Məclis Sədrinin müavini postlarına namizədləri müəyyənləşib - YENİLƏNİB 1
# 10 mart 2020 09:34 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin Sədri və Milli Məclis Sədrinin müavini postlarına namizədləri məlum olub.

APA-nın məlumatına görə, namizədlər bu gün YAP İdarə Heyətinin iclasında müəyyənləşib.

YAP-ın Milli Məclis Sədri postuna namizədi Sahibə Qafarova, Milli Məclis sədrinin müavini postuna namizədi Əli Hüseynli olub.

***

09:30

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qapalı iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda Milli Məclisin Spikeri postuna Sahibə Qafarovanın namizədliyi irəli sürülüb.

***

09:24

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qapalı iclası keçirilir.

APA-nın məlumatına görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri, sədrin I müavini və sədrin müavini vəzifəsinə namizədlərin irəli sürülməsi məsələsi müzakirə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR