YAP-ın xüsusi seçki fonduna daxil olan vəsaitin həcmi açıqlanıb

YAP-ın xüsusi seçki fonduna daxil olan vəsaitin həcmi açıqlanıb
# 03 fevral 2020 10:17 (UTC +04:00)

Milli Məclisə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi seçki fonduna daxil olan vəsaitin həcmi açıqlanıb.

APA-nın Mərkəzi Seçki Komissiyasının saytına istinadən verdiyi məlumata görə, fiziki şəxslərin könüllü ianəsi hesabına YAP-ın xüsusi seçki fonduna 453300 manat vəsait toplanıb.

Qeyd edək ki, YAP-ın seçki fonduna 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı 200 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR