YAP könüllülərinin toplantısı keçirilib

YAP könüllülərinin toplantısı keçirilib
# 21 fevral 2020 13:15 (UTC +04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “2020 Könüllülər ili - Yeni Azərbaycan Partiyası könüllülərinin toplantısı” adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə YAP icra katibinin müavini Əli Əhmədov, YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Könüllülər İli elan edildiyini xatırladıb. O, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın könüllüllük fəaliyyətinin inkişafındakı rolundan bəhs edib: “Bu gün artıq könüllülər ordusunun sayı yüz minlərə çatıb. Könüllü ordusu bir çox beynəlxalq layihənin həyata keçirilməsində əvəzsiz işlər görüb”.

Tədbirdə YAP rayon təşkilatlarının gənclər təşkilatlarının sədrləri könüllük fəaliyyətindən danışıb, könüllülərin həyata keçirdiyi layihələr barədə geniş məlumat veriblər.

Tədbirdə YAP-ın üzvü olan bir qrup gənc könüllü qismində seçkilərdə aktiv iştirakına görə diplomlarla təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR