YAP pulsuz efir vaxtından imtina edib

 YAP pulsuz efir vaxtından imtina edib
# 17 yanvar 2020 14:12 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində İctimai Televiziyada pulsuz efir vaxtından imtina edir.

APA-nın məlumatına görə, partiya bu addımı bütün namizədlərə bərabər şərait yaratmaq məqsədilə atıb.

Qeyd edək ki, yanvarın 17-dən seçkiqabağı təbliğat-təşviqat mərhələsi başlayıb. Seçki qanunvericiliyinə əsasən, seçki dairələri üzrə 60-dan çox namizədi qeydə alınmış siyasi partiyalara ödənişsiz efir vaxtı hüququ verilir. Azərbaycanda bu funksiyanı İctimai Televiziya və Radio Yayımları Şirkəti həyata keçirir.

YAP-ın namizədliyini irəli sürdüyü 123 nəfərin hamısının namizədliyi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR