“YAŞAT” Fondu Himayəçilik Şurasının tərkibi təsdiq edilib

“YAŞAT” Fondu Himayəçilik Şurasının tərkibi təsdiq edilib
  • Clock-gray 11:15
  • calendar-gray 08 Dekabr 2020

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Abdullayev Çingiz Akif oğlu

Alızadə Sevinc Əsgərxan qızı

Aslanov Novruzəli Davud oğlu

Aşina Məsud

İbrahimov Mənsum İsrafil oğlu

İsgəndərov Anar Camal oğlu

Qasımov Balakişi Ələkbər oğlu

Novruzov Cahangir Mütəllib oğlu

Ramaldanov Şair Ramaldan oğlu

Səfərəliyeva Rəna Teymur qızı

Zəkiyev İlham Əzizağa oğlu.

apa-logo-mini

Digər xəbərlər