Yadigar Sadıqlı Arif Hacılını tənqid edib: “Müsavatı günü-gündən biabır edirsiniz"

 Yadigar Sadıqlı Arif Hacılını tənqid edib: “Müsavatı günü-gündən biabır edirsiniz"
  • Clock-gray 10:14
  • calendar-gray 18 Dekabr 2019

Müsavat başqanlığına namizəd olmuş Yadigar Sadıqlı partiya rəhbərliyini tənqid edib.

APA-nın məlumatına görə, Y. Sadıqlı bu barədə özünün “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Müsavat Partiyasını 88 saylı seçki dairəsindən deputatlığa namizəd irəli sürdüyü Aqil Mahmudov ətrafında dünəndən gedən müzakirələri izləyib.

Y. Sadıqlı A. Mahmudovun 2005-ci ildə siyasi mövqeyinə görə həbs olunan Ruslan Bəşirliyə qarşı yalan ifadələr belə verdiyini bildirib, həmin vaxt Ruslan Bəşirlinin vəkilinin Müsavat Partiyasının indiki başqan müavini və Divan üzvü Osman Kazımov olduğunu xatırladıb: "Yəni "bilməmişik", "xəbərimiz olmayıb" kimi arqumentlərə yer qalmır. Üstəlik, Osman Kazımov da indi Ruslan Bəşirliyə yazır ki, 2005-də olan şey 2019-da niyə yadına düşüb? Görəsən, bu hadisənin Aqil Mahmudov Müsavatdan namizəd olanda deyil, nə zaman xatırlanılacaqdı? Əlavə də edir ki, səni Aqilə görə tutmayıblar. Yəni ki, əgər bir şeyə görə tutublarsa, gəlib yalan ifadə verən birisi pis iş görmür. 

Niyə axı, niyə? Hansı səbəb, hansı motiv sizi məcbur edir belə adamı partiyaya qəbul edib, hələ namizədliyini irəli sürəsiniz? Ziyanı göz önündə olan bu addımın uduşu nədir? Bilirəm, heç nəyə cavab verməyəcəksiniz”.

Y. Sadıqlı Arif Hacılının daxildə təbliğat apararaq onun deputat olmaq üçün Müsavata hücum etdiyini iddia edəcəyini bildirib. 

“Bəlkə İsa Qəmbər "mübarizə hakimiyyətlə Müsavat arasında gedir" kimi növbəti aforizm də deyəcək. Amma bununla vəziyyət dəyişmir ey, Müsavatı günü-gündən biabır edirsiniz”, - deyə Y. Sadıqlı vurğulayıb.

Səlcuq Elçin

Digər xəbərlər