Yadigar Sadıqlı Müsavat Partiyasından kənar seçkilərə gedir: “Rəhbərliyin namizədliyimi dəstəkləməyəcəyini bilirdim”

Yadigar Sadıqlı Müsavat Partiyasından kənar seçkilərə gedir: “Rəhbərliyin namizədliyimi dəstəkləməyəcəyini bilirdim”
  • Clock-gray 17:44
  • calendar-gray 16 Dekabr 2019

Müsavat Partiyası başqanlığına sabiq namizəd Yadigar Sadıqlı növbədənkənar parlament seçkilərinə qatılacaq.

Bu barədə APA-ya Yadigar Sadıqlının özü məlumat verib.

O qeyd edib ki, Müsavat Partiyasının indiki rəhbərliyinin onun namizədliyimi dəstəkləməyəcəyi barədə məlumatı olub: “Onlar mənimlə əlaqə saxlamadılar, mən də müraciət etmədim. 73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edərək öz təşəbbüsümlə müstəqil şəkildə deputatlığa namizədliyimi irəli sürmüşəm. Həmçinin Dairə Seçki Komissiyasına partiya mənsubiyyətimi də bildirməmişəm. Hesab edirəm ki, partiya mənsubiyyətimi göstərib, sonra partiyanın qərarına tabe olmasaydım, dürüst olmazdı. Buna görə müstəqil şəkildə partiya mənsubiyyətimi göstərmədən namizədliyimi irəli sürdüm”.

Yadigar Sadıqlı qeyd edib ki, sabah imza vərəqələrini DSK-dan götürəcək.

Müsavat başqanı Arif Hacılı isə APA-ya açıqlamasında bildirib ki, Müsavat Partiyasından namizəd olmaq istəyənlər partiyaya müraciət edir: “Partiya namizəd olmaq istəyənlərə yox, namizəd olmaq istəyənlər partiyaya müraciət etməlidir”.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date