Yaqub Mahmudov: “Öz təşəbbüsümüzlə növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə tövsiyəmizi verdik”

Yaqub Mahmudov: “Öz təşəbbüsümüzlə növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə tövsiyəmizi verdik”
  • Clock-gray 14:55
  • calendar-gray 28 Noyabr 2019

“Biz inkişaf etmiş islahatçı ölkəyik”.

APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Yaqub Mahmudov deyib.

O, bu islahatların müxtəlif sahələri əhatə etdiyini diqqətə çatdırıb: “İqtisadiyyat, siyasət, dövlət quruculuğu və s. sahələrdə islahatlar aparılır. Eyni zamanda qanunvericilik orqanında da bu islahatlara uyğun addımlar atılmalıdır. Ona görə YAP vəziyyəti qiymətləndirərək, demokratik bir addım atdı, öz təşəbbüsümüzlə, öz arzumuzla növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə tövsiyəmizi verdik, razılığımızı bildirdik. Beləliklə, yeni parlament seçkilərinə başlanacaq. Bu, bizim islahatların tərkib hissəsidir. Qanunvericilik sahəsində hökmən islahatlar aparılmalıdır. Bu islahatlar digər sahələrdə aparılan islahatlarla həmahəng olmalıdır. Bu, bizim partiyanın sözüdür və demokratik ölkədə bu cür islahatların olması təbii haldır”. 

 

Digər xəbərlər

Arxiv

date