Zahid Oruc: “Biz qəhrəmanlarımızdan və qəhrəmanlıq tariximizdən imtina etmirik”

Zahid Oruc: “Biz qəhrəmanlarımızdan və qəhrəmanlıq tariximizdən imtina etmirik”
# 09 aprel 2020 14:05 (UTC +04:00)

“Biz qəhrəmanlarımızdan və qəhrəmanlıq tariximizdən imtina etmirik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, Avropa torpaqlarının azad olunmasında bizim qəhrəman ata-babalarımız iştirak edib.

“Cümhuriyyət dövrü Azərbaycan tarixində əhəmiyyətli rol oynayıb. Amma sovet Azərbaycanı dövründə də biz böyük nailiyyətlər əldə etmişik. Biz Cümhuriyyət dövrünü 1-ci respublika, sovet Azərbaycanı dövrünü 2-ci respublika, hazırkı dövrü isə 3-cü respublika adlandırmalıyıq. Bu, mənim subyektiv yanaşmam deyil. Bütün dünyada belə kimi məsələlərlə bağlı bu cür yanaşma var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR