Zahid Oruc: “Milli Məclisin sədri əvvəlki rəhbərlikdən fərqlənir”

Zahid Oruc: “Milli Məclisin sədri əvvəlki rəhbərlikdən fərqlənir”
# 01 may 2020 12:16 (UTC +04:00)

“Parlament qısa müddətdə yeni vəziyyətə uyğunlaşmağa qadir oldu”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, Milli Məclis sədri əvvəlki illərdə olan rəhbərlikdən fərqlənir: "Parlament fəaliyyətə başlayanda onun qarşısında duran ən vacib məsələ hansı ənənəyə istinad etməklə bağlı idi. Bu günlərdə Milli Məclis aparatının tam buraxılması ilə bağlı sərəncam çox mühümdür. Yenidən Məclisin Aparatını canlandırmaq lazımdır. Pandemiya dövründə millət vəkilləri Operativ Qərargah üzvləri ilə birgə çalışaraq yaxşı nümunə oldular”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR