Zahid Oruc: “Qadınların icra hakimiyyəti orqanlarında, məhkəmə sistemində rolu artırılmalıdır”

Zahid Oruc: “Qadınların icra hakimiyyəti orqanlarında, məhkəmə sistemində rolu artırılmalıdır”
# 30 dekabr 2020 13:14 (UTC +04:00)

“Qadınlarımız həm də millətimizi qoruyublar, təkcə ailə ocağını deyil”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Deputat bildirib ki, Azərbaycan qadını heç vaxt düşmən xalqla ailə qurmağa meylli olmayıb: “Azərbaycan kişisi buna qismən gedib”.

Z. Orucun fikrincə, bu gün qadınların icra hakimiyyəti orqanlarında, məhkəmə sistemində və s. rolu artırılmalıdır: “Bizim məhkəmə sistemində boşanma prosesinə münasibət dəyişməlidir. Müxtəlif dövlətlərdə ailə məhkəmələri var. Ailə institutu son dərəcə müqəddəs fenomendir. Bir neçə saat ərzində bu institutu dağıtmaq olmaz”.

Parlamentin sədrinin xanım olduğunu qeyd edən Z. Oruc onun timsalında qadınların gələcəkdə bütün cəbhələrdə rolunun artması üçün lazımı addımlar atılmasının vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR