Zaqatala seçki dairəsinin məntəqələrində “exit-poll” keçirilir

Zaqatala seçki dairəsinin məntəqələrində “exit-poll” keçirilir
# 09 fevral 2020 09:49 (UTC +04:00)

Şimal-qərb bölgəsində səsvermə prosesinə başlanılıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ölkənin şimal-qərb bölgəsində qarlı-şaxtalı hava şəraiti olmasına baxmayaraq, Milli Məclis seçkilərinə səsvermə prosesinə saat 08.00-da start verilib.

110 saylı Zaqatala DSK-nın 43 saylı məntəqəsində yerli müşahidəçilərin iştirakı ilə bülletenlər sayılıb, qutular möhürləndikdən səsvermə başlayıb. DSK-nın 43 saylı məntəqəsində 909 seçici səsvermə hüququna malikdir. Məntəqədə seçki prosesini 14 müşahidəçi izləyir, “exit-poll” keçirilir. Məntəqədə ilk saatda seçki aktivliyi müşahidə olunur.

Qeyd edək ki, 110 saylı Zaqatala DSK-a üzrə 47 seçki məntəqəsi fəaliyyət göstərir. DSK üzrə 48 min 209 nəfər seçici var. DSK-nın 5 məntəqəsində vebkamera quraşdırılıb. DSK-a üzrə seçkiləri 560 nəfər yerli müşahidəçi izləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR