Ziyafət Əsgərov: ““Bir millət, iki dövlət” artıq sadəcə şüar deyil”

Ziyafət Əsgərov: ““Bir millət, iki dövlət” artıq sadəcə şüar deyil”
  • Clock-gray 11:28
  • calendar-gray 13 Noyabr 2020

“Noyabrın 10-da ölkəmizin tarixində yeni səhifə açıldı”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri bildirib ki, 30 il ərzində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi cəhətdən güclənməsi, beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbul edilməsi bu gün qələbəmizi şərtləndirdi: “Azərbaycan son 200 ildə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyümüzü bərpa edərək çıxdı. Azərbaycan bütün dünyaya sübut etdi ki, beynəlxalq hüququn prinsiplərinə əməl etməklə müharibəni aparır. Ermənistana əvvəllər təklif edilən və qəbul edilməyən ən yüksək status anlayışı tarixə qovuşdu. Keçən əsrin əvvəllərində dövlət müstəqilliyimizi ilk tanıyan dövlət olan qardaş Türkiyə bizə bu haqlı savaşımızda dəstək oldu. “Bir millət, iki dövlət” artıq sadəcə şüar deyil”. 

 

Firuzə Vahid

Digər xəbərlər