AXCP funksioneri: "28 sentyabr mitinqi keçirilməyəcək"

AXCP funksioneri: "28 sentyabr mitinqi keçirilməyəcək"
# 26 sentyabr 2019 18:17 (UTC +04:00)

Milli Şuranın sentyabrın 28-ə təyin etdiyi mitinq keçirilməyəcək.

Bu barədə APA-ya AXCP üzvü Seymur Həzi məlumat verib.

O bildirib ki, yaxın günlərdə növbəti aksiyalarla bağlı qərarlarını elan edəcəklər: "Biz Bakı Şəhər İcra Hakimiyyətinin qərarını mitinqə razılıq verməməsi kimi qiymətləndiririk. Növbəti aksiyalarla bağlı qərarımızı elan edəcəyik. 28 sentyabr mitinqi keçirilməyəcək".

Qeyd edək ki, Milli Şura sentyabrın 28-ə mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH-də müraciətə baxılıb və mitinqin Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR