Azər Qasımlı ReAl-dan istefa verməsinin səbəbini açıqlayıb

Azər Qasımlı ReAl-dan istefa verməsinin səbəbini açıqlayıb
# 06 noyabr 2019 12:14 (UTC +04:00)

"İlqar Məmmədovun niyyəti budur ki, partiyanı təkbaşına idarə etsin. Son nəticədə isə ReAL partiyası bir təşkilat olaraq sıradan çıxsın".

APA-nın məlumatına görə, bu sözləri ReAl Partiyasından istefa verən partiya Məclisinin sabiq sədri Azər Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, ReAl-da avtoritar rejim qurulması istiqamətində addımlar atıldığını bildirib.

"Mən görürdüm ki, baş verən proseslər ReAl-ı iki yerə parçalayacaqdı, iki ReAl yaranacaqdı. Mən isə bunu istəmirəm, ReAl-ın iki yerə parçalanmasında iştirak etmək niyyətində deyiləm, ona görə istefa vermək qərarına gəldim", - deyə A. Qasımlı vurğulayıb.

O, İ. Məmmədovun ReAl-da avtoritar rejim qurmaq istədiyini deyib: "Bu gedişlə ReAl-da seçki, hesabatlılıq, məsuliyyət deyilən bir şey olmayacaq. Ona görə də mən İlqar Məmmədovun partiyasından gedirəm, özümü bu avtoritar strukturda görmürəm. Burda qalmaq avtoritar strukturda olmaq deməkdir. ReAl-da avtoritar rejim formalaşıb".

A. Qasımlı siyasətdən getmədiyini, mövqeyimi dəyişmədiyini deyib.

İndiki mərhələdə partiya yaratmaq fikrinin olmadığını söyləyən A. Qasımlı bununla belə, gələcəkdə hər şey ola biləcəyini diqqətə çatdırıb.

***

11.24

Azər Qasımlı ReAl Partiyasından istefa verib.

APA-nın xəbərinə görə, REAl Partiyasının Məclis sədri Azər Qasımlı bu gün keçiridiyi mətbuat konfransında partiyadan istefa verdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR