Azərbaycan-Gürcüstan sərhədlərinin müəyyən olunmamış hissələrinə dair işçi qrupun görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan-Gürcüstan sərhədlərinin müəyyən olunmamış hissələrinə dair işçi qrupun görüşü keçirilib - YENİLƏNİB
# 19 avqust 2019 17:16 (UTC +04:00)

Avqustun 19-da Gürcüstan və Azərbaycan Respublikasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, tərəflər delimitasiya prosesinin gedişatını muzakirə edib və razılaşdırılmamış sahələrlə bağlı öz mövqelərini bildiriblər. Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış kecirilməsi planlaşdırılıb. 19-23 avqust tarixlərində ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirməyi planlaşdıracaqlar.

***

16:44

Azərbaycan-Gürcüstan sərhədlərinin "Keşikçidağ" məbəd kompleksi ətrafındakı müəyyən olunmamış hissələrinə dair işçi qrupun görüşü keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İctimai kanalı məlumat yayıb.

Tərəflər delimitasiya prosesinin gedişi və fikir ayrılıqları ilə bağlı mövqelərini müzakirə ediblər. İclasda sahə işləri - sərhədin müəyyən edilməmiş hissələrində birgə tədqiqatlar və onların araşdırılması üzrə işlər planlaşdırılıb.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, 19-23 avqust aralığında komissiyanın mütəxəssisləri birlikdə ayrı-ayrı bölmələrdən keçəcək və müəyyən edilməmiş seksiyalara baş çəkməyi planlaşdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR