Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidentini təbrik edib
  • Clock-gray 18:11
  • calendar-gray 24 İyun 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri xanım Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date