Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar MSK nəzdində işçi qrupu yaradılıb

Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar MSK nəzdində işçi qrupu yaradılıb
  • Clock-gray 16:38
  • calendar-gray 18 Oktyabr 2019

Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində işçi qrupu yaradılıb.

APA-nın xəbərinə görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.
 
İclasda ilk olaraq vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılması məsələsinə baxılıb.

Məsələ müzakirə edildikdən sonra səsə qoyularaq təsdiq edilib. 

Daha sonra isə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib. 

İclasda həmçinin, “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edilib.

Qeyd edək ki, MSK-nın bu gün keçirilən iclasında Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-ə təyin edilib.

 

Gülşən Hacıyeva

Digər xəbərlər

Arxiv

date