Azərbaycanda yeni medal təsis edilir

Azərbaycanda yeni medal təsis edilir
  • Clock-gray 13:38
  • calendar-gray 23 Sentyabr 2019

Azərbaycanda yeni medal təsis edilir.

APA-nın məlumatına görə, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif olunur.

Təklifə əsasən, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) yubiley medalı təsis edilməlidir. Medal ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər. 

Sənəd Milli Məclisin payız sessiyasının sentyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
 

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date