BAXCP sədri: “Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsini alqışlayıram”

BAXCP sədri: “Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsini alqışlayıram”
# 25 iyul 2019 18:06 (UTC +04:00)

"Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsini alqışlayıram”.

APA-nın xəbərinə görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

BAXCP sədri İran, Avropa İttifaqı, ABŞ, Kanada, İsrail, Cənubi Koreya və Yaponiya kimi ölkələrlə də viza rejiminin aradan qaldırılacağına ümid etdiyini bildirib.

“Bu isə öz növbəsində ölkəmizin tanıdılmasına və turizmin inkişafına öz töhfəsini verəcək. Qoy hər bir xarici ölkə vətəndaşı asanlıqla gəlib bizim çox mədəniyyətli, dözümlü, müasir və dünyəvi bir ölkə olduğumuzu görsün. Bununla biz həm də ermənilərin “azərbaycanlılarla birlikdə yaşamaq mümkün deyil” kimi iddialarını alt-üst etmiş olarıq”, - millət vəkili vurğulayıb.

Qeyd edək ki, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-u il tarixindən etibarən viza tələbi ləğv edilir. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR