Bələdiyyə seçkiləri ilə əlaqədar seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi prosesi başa çatır

Bələdiyyə seçkiləri ilə əlaqədar seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi prosesi başa çatır
  • Clock-gray 10:06
  • calendar-gray 17 Noyabr 2019

Bu gün dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərin tanış olması və əlavə dəqiqləşdirmənin aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi üçün ayrılan müddət başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə azı 35 gün qalanadək seçicilərin tanış olması və əlavə dəqiqləşdirmənin aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsini təmin etməlidirlər.

Bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət noyabrın 18-dək olan dövrü əhatə edir.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date