Bələdiyyə seçkilərində iştirak etmək üçün siyasi partiyalar tərəfindən 11 839 nəfərin namizədliyi irəli sürülüb

Bələdiyyə seçkilərində iştirak etmək üçün siyasi partiyalar tərəfindən 11 839 nəfərin namizədliyi irəli sürülüb
# 05 noyabr 2019 17:06 (UTC +04:00)

Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün bu günə qədər 23768 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı Dairə Seçki Komissiyalarına müraciət edib.

APA-nın xəbərinə görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

MSK sədri bildirib ki, 11899 nəfər fərdi qaydada, 11839-u siyasi partiyalar tərəfindən, 30 nəfər isə təşəbbüs qruplarından namizədliyini irəli sürüb.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR