BMT-nin rezident-əlaqələndiricisi: “Azərbaycan götürdüyü öhdəliklərə sadiq qalan ölkədir”

BMT-nin rezident-əlaqələndiricisi: “Azərbaycan götürdüyü öhdəliklərə sadiq qalan ölkədir”
# 18 iyun 2019 11:11 (UTC +04:00)

"BMT Azərbaycana Dayanıqlı Inkişaf Məqsədlərinə nail olmaq üçün lazım olan bütün dəstəyi verməyə hazırdır".

APA-nın xəbərinə görə, bunu "Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ombudsmanların rolu" mövzusunda Ombudsmanların XVI Bakı beynəlxalq konfransında çıxış edən BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai deyib.

O bildirib ki, dünyanın bir çox ərazilərində insanların hüquqları davamlı olaraq pozulur: "Bizim əsas məqsədimiz 2030-cu ilədək insanların hüquqlarının daha yaxşı qorunmasına nail olmaqdır. Azərbaycan 2030-cu ilədək götürdüyü öhdəliklərə nail olmağa sadiq qalan ölkədir. Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə nail olma üzrə ilk könüllü hesabatını verib, iyulda isə növbəti hesabatını verəcək. Bu da onun Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq istiqamətindəki sadiqliyini göstərir".

Q.İshaqzai bildirib ki, ombudsmanların insan hüquqlarının qorunmasında çox vacib rolu var: "Ombudsmanlar tərəflər - vətəndaş cəmiyyəti və qurumlar arasında körpü rolunu oynayır. Ombudsmanların mandatı var ki, insan hüquqları ilə bağlı bütün məsələlərdə yaxından iştirak etsinlər. Əslində müstəqil ombudsmanlar dayanıqlı inkişafın vacib indikatorudur. Dayanıqlı inkişaf məqsədinə güclü, müstəqil ombudsman təsisatı olmadan nail olmaq olmaz".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR