BŞİH Qarabağ komitəsinin mitinqinə razılıq verməyib

BŞİH Qarabağ komitəsinin mitinqinə razılıq verməyib
# 19 iyul 2019 16:41 (UTC +04:00)

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ komitəsinin iyulun 23-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

APA-nın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və Qarabağ komitəsinin Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

Bununla bağlı təşkilatçılara məlumat çatdırılıb.

Nurlan Cəfəri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR