® 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizəd Jalə Məmmədova seçicilərlə görüşlərini davam etdirir

® 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizəd Jalə Məmmədova seçicilərlə görüşlərini davam etdirir
# 31 yanvar 2020 15:35 (UTC +04:00)

Azərbaycanda beynəlxalq sərgi və konfransların təşkilatçısı olan “Caspian Event Organisers” (CEO) şirkətində “Caspian Ecology” –Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin layihə rəhbəri Jalə Elxan qızı Məmmədova 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizəd olaraq, seçicilərlə görüşlərini davam etdirir.

Parlament seçkilərində ilk dəfə iştirak edən Məmmədova Jalə Elxan qızı 1 noyabr 1983-cü ildə ziyalı ailəsində anadan olub və 1990-cı ilə qədər Xankəndi şəhərində yaşayıb. 1990-cı ildən 2001-ci ilədək Bakı şəhəri, Nəsimi rayonundakı 23 saylı ingilis dili təmayüllü orta məktəbdə təhsil almışdı. 2005-ci ildə Azərbaycan Dillər Universitetinin “Filologiya” fakültəsinin ingilis dili müəllimi ixtisası üzrə əyani şöbəsini bitirmişdi. Bakalavr pilləsini bitirdikdən sonra həmin universitetin “Dilşünaslıq” fakültəsinin xarici dil ixtisası üzrə magistr pilləsinə daxil olmuş və 2007-ci ildə fərqlənmə ilə bitirmişdi. 30.12.2008-ci ilədək “M-Vision” şirkətinin tərkibində bir sıra yerli və beynəlxalq tədbir və konfransların təşkil olunmasında iştirak edib, 13.05.2010-cu il tarixdən 01.06.2012-ci il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Yardımın təşkili şöbəsində müdir müavininin köməkçisi, daha sonra isə nazirliyin Sanitar Epidemioloji Nəzarət Sektorunda müdir köməkçisi vəzifəsini icra edib. 01.06.2012-ci il tarixdən bu günə kimi Azərbaycanda beynəlxalq sərgi və konfransların təşkilatçısı olan İteca Caspian və onun tərəfdaşı Caspian Event Organisers (CEO) şirkətində layihə rəhbəri vəzifəsində çalışmaqdadır.

Qeyd olunan şirkət tərəfindən hər il keçirilən və bir çox ölkələrin iştirak etdiyi, Xəzəryanı və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi üzrə mühüm tədbirlərdən biri olan “Caspian Ecology” – Azərbaycan Beynəlxalq Ətraf Mühit, “AdPrint”- Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri, “Gift & Promo” – Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgilərinin, “Fərqli Fərdlər” – Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar Konqresinin layihə rəhbəri olmaqla yanaşı, digər dövlət əhəmiyyətli beynəlxalq konfrans və forumlarda, ictimai layihələrin təşkilində fəal iştirak edir. Eyni zamanda, Caspian Event Organisers (CEO) şirkəti əməkdaşlarının dövlət əhəmiyyətli beynəlxalq tədbirlərdə, bir çox sosial layihələrdə könüllü olaraq fəal iştirakına hər zaman dəstək verdiyindən, Jalə Məmmədova Formula 1 Azərbaycan Qran Prisində hər il marşal olaraq və “Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsində https://az-az.facebook.com/geleceyiniqur uzun illərdir fəal iştirak edir.

Müasir dövrdə ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən dəstək və diqqəti nəzərə alaraq, növbədənkənar parlament seçkilərində bitərəf namizəd kimi iştirak edən Jalə Məmmədova, bu şərəfli və məsuliyyətli yolda seçiciləri tərəfindən etimad qazanarsa, vətənpərvər azərbaycanlı övladı olaraq, səlahiyyətləri çərçivəsində əlindən gələn bütün imkanları səfərbər edərək, seçicilərin etibarını vicdanla və ləyaqətlə doğrultmağı qarşısına hədəf kimi qoymuşdur!

Jalə Məmmədova Xankəndi seçiciləri ilə görüşlərində seçki platformasının əsas məqamlarını seçicilərin nəzərinə çatdırmaqdadır:

- Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda Dağlıq Qarabağ münaqişəsinin həllinə uğurla apara biləcək beynəlxalq dialoqlarda və təbliğat layihələrində fəal iştirak etmək;

- Xankəndi seçicilərinin məskunlaşdığı yaşayış məntəqələrində əlavə yeni iş yerlərinin açılmasına, fərdi sahibkarlıq və kənd təsərrüfatının inkişafına dəstək olaraq işsizlik probleminin aradan qaldırılmasına çalışmaq və parlamentdə müvafiq qanunların qəbul edilməsinə nail omaq;

- Dövlətimizin təhsil sisteminin hədəflərinə əsaslanaraq, aşağıdakı məqsədlərə nail olmaq:

* Uşaqların erkən yaş dövründən təhsilinin və inkişafının səmərəli təmin edilməsi

* İstedadlı şagird və tələbələrin xaricdə beynəlxalq təhsil ocaqlarına qəbul olunarkən dəstəyin təmin edilməsi

* Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə uyğunlaşmasına yardım

- Qarşıya qoyulan vacib məsələlərdən biri də, rayon mərkəzlərindən kənarda, ucqar məntəqələrdə məskunlaşmış məcburi köçkünlərin təhsil və səhiyyə sahəsinin inkişafı uğrunda səslərini müvafiq qurumlara çatdıraraq, ehtiyaclarının təmin olunmasına nail olmaq;

- Məcburi köçkünlər, az təminatlı ailələr və yaşlılar üçün nəzərdə tutulmuş dövlət sosial proqramlarına yenidən baxılmasını təmin etmək və sosial rifahın inkişafına nail olmaq;

- Xankəndi seçicilərinin yaşadığı ərazidə ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadəsi və ekoloji problemlərin yaranmaması üçün ölkənin ekoloji strategiyasının əsasını təşkil edən proqramların həmin ərazilərdə də həyata keçirilməsi və əhalinin maarifləndirilməsi;

Seçki kampaniyası çərçivəsində bütün namizədlərə daim sağlam rəqabət və uğurlar arzulayan xanım Məmmədova, hər bir seçicini 9 Fevral seçkilərdə fəal iştirak etməyə və seçmək hüququnu düzgün dəyərləndirməyə dəvət edir!

Namizəd haqqında daha ətraflı məlumat:

https://www.jalememmedova.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR