® 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Alkərəmov Vüqar Oruc oğlu

® 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Alkərəmov Vüqar Oruc oğlu
# 27 yanvar 2020 15:30 (UTC +04:00)

Bu il fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Azərbaycanın ictimai-siyasi həyatında xüsusi yeri olan bu seçkilərdə Alkərəmov Vüqar Oruc oğlu da iştirak edir. Vüqar Alkərəmov 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Deputatlığa namizədiniz Vüqar Alkərəmovu Siz də yaxından tanıyın.

80 saylı İmişli-Beyləqan seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə namizəd Alkərəmov Vüqar Oruc oğlu. 26.02.1969-cu il tarixdə Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub.

Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycanlıdır. Ali təhsillidir. Heç bir siyasi partiyanın üzvü deyil və siyasi hərəkatda iştirak etməyib.

1976-cı ildə Bahar qəsəbəsi orta məktəbinin 1-ci sinfinə gedib, 1986-cı ildə həmin məktəbi bitirib. Həmin il Beyləqan rayon təmir-tikinti idarəsində işə qəbul olunub.

Hərbi mükəlləfiyyətlidir. 1987-ci ildə hərbi xidmətə çağırılıb Hərbi xidmətini İrkutsk şəhəri N saylı hərbi hissədə keçib. 1989-cu ilin may ayında tərxis olunub. 1989-cu ildə Beyləqan rayon təmir-tikinti idarəsində yenidən işə qəbul edilib.

1989-cu ilin oktyabr ayında Azərbaycan İnşaat Mühəndisləri Universitetinin hazırlıq kursuna qəbul edilib. 1990-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin “Sənaye və Mülki Tikinti” fakültəsinə qəbul olub, 1995-ci ildə həmin universiteti inşaat mühəndisi ixtisası ilə bitirib 1998-ci ildə Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsinə qəbul olub, 2002-ci ildə həmin universiteti hüquqşünas ixtisası ilə bitirib.

1995-ci ilin fevral ayında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində (XDMX) işə qəbul olunub. 2017-ci ilin may ayında polkovnik-leytenant rütbəsində Xüsusi Təyinatlı Dəstənin qrup komandiri kimi təqaüdə çıxıb. İş fəaliyyəti zamanı müxtəlif vəzifələrdə çalışıb.

Evlidir, 2 (iki) övladı var.

Aşağıda qeyd olunan mükafatlarla mükafatlandırılıb:

- Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 avqust tarixli 696 nömrəli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı

- Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 25.06.2015-ci il tarixli 275 saylı əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı

- Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 26.06.2010-cu il tarixli 248 saylı əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı

- Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 14.03.2007-ci il tarixli 103 saylı əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı

- Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 213 nömrəli 26.06.2005-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı

- Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 422 nömrəli 20.08.2018-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi” (1993-2018) yubiley medalı

- Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 482 nömrəli 17.10.2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi” (1993-2013) yubiley medalı

- Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 18.08.2008-ci il tarixli 268 saylı əmri ilə “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti-15 il” yubiley döş nişanı

- Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 214 nömrəli 25.06.2008-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı

- Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 23.08.2004-cü il tarixli 181 saylı əmri ilə “Döyüş xidmətində və döyüş hazırlığında yüksək göstəricilərə nail olduğuna görə və Xüsusi Dövlət Mühafizə Xidmətinin yaradılmasının 11-ci ildönümü münasibəti ilə” Fəxri Fərmanı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR