® Azər Badamovun növbəti görüşü Qusarın təhsil işçiləri ilə olub

® Azər Badamovun növbəti görüşü Qusarın təhsil işçiləri ilə olub
# 07 fevral 2020 15:15 (UTC +04:00)

YAP Qusar rayon təşkilatının parlament seçkiləri ilə əlaqədar təbliğat kampaniyası bu gün davam edib.

51 saylı Qusar seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamovun növbəti görüşü rayonunun təhsil işçiləri ilə olub.

Görüşü YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açıb, seçicilərə Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının ictimai-siyasi həyatındakı uğurları barədə məlumat verib.

O,həmçinin Yeni Azərbaycan Partiyasının 51 saylı Qusar seçki dairəsindən deputatlığa namizədi Azər Badamovun fəaliyyəti barədə danışmışaraq seçiciləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyini irəli sürülmüş Azər Badamova səs verməyə çağırıb.

Görüşdə deputatlığa namizəd Azər Badamov geniş nitqlə çıxış edib.

Görüşdə iştirak edən Azər Badamovun vəkili Firuz Mirzəmətov və seçici Yüzbəy Abuyev çıxış edərək Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyərək deputatlığa namizəd Azər Badamova yekdilliklə səs verəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR