® Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboyun Qızılhacılı qəsəbəsində seçicilərlə görüşü keçirilib

® Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboyun Qızılhacılı qəsəbəsində seçicilərlə görüşü keçirilib
# 07 fevral 2020 15:10 (UTC +04:00)

Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin Qızılhacılı qəsəbəsində seçicilərlə görüşü keçirilib.

Ağalar Vəliyevin Goranboy YAP rayon təşkilatının yerli qərargah üzvləri, ictimaiyyətin nümayəndələri, Qarabağ müharibə veteranları, şəhid ailələri və coxsaylı sakinlər qarşılayıb.

Tədbiri YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açaraq Ağalar Vəliyevin 2015-2019-cu illər ərzində 97 saylı DSK əhatə etdiyi Goranboy rayonunun ərazilərində gördüyü işlər barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Ağalar Vəliyev Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu ölkəmizin sosaial iqtisadi inkişaf strategiyasının son 16 il ərzində dövlət başçımız cənab İlham Əliyev tərəfindən müasir dünyanın tələblərinə və cağırışlarına uyğun uğurla davam etdirilməsi sayəsində Azərbaycan Avroatlantik məkanda mühüm strateji mərkəzə, Cənub Qafqaz regionunun liderinə sürətlə tərəqqi edən beynəlxalq aləmdə böyük nüfuzu olan qlobal lahiyələr reallaşdıran və mötəbər tədbirlərə ev sahiblik edən güclü bir dövlətə cevrildiyini qeyd edib. Həmçinin bildirib ki, dövlət proqramına uyğun olaraq Azərbaycanın hər yerində olduğu kimi Goranboy rayonunda da bir sıra layihələr həyata keçirilir. Rayonun şəhər və kəndlərində abadlıq quruculuq işləri,davam edir. Son vaxtlar rayonun yol infrastrukturunun yenilənməsi sahəsində xeyli işlər görülüb. Rayonun kəndlərində demək olar ki qazla təmin edilməyən dağlıq ərazidə yerləşən 5 yaşayış məntəqəsinin qazlaşdırılması məqsədi ilə müvafiq lahiyə sənədlər hazırlanaraq aidiyyatı üzrə təqdim edilib. Hazırda Goranboy rayonunda qazlaşma 97 faiz təşkil edir. Prezidentimiz cənab İlham Əliyev Goranboy rayonuna 6 dəfə səfər edib və bir çox obyektlərin açılışını edib. Bunun bariz nümunəsidir ki, rayonda 600 hektara yaxın əkin sahalərinin suvarma vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məlum sərəncamına əsasən 17 ədəd subartezian quyusunun qazılması üçün vəsait ayrılib.

A.Vəliyev, bundan başqa Prezidentimiz cənab İlham Əliyevin Goranboy rayonuna olan yüksək diqqət və qayğının nəticəsə olaraq istər aqrar, istərsə də,sənaye sahələrində, həmçinin təhsil,səhiyyə və mədəniyyət sahələrində mühüm infrastruktur layihələrin reallaşdırıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Ağalar Vəliyev qeyd edib ki, cənab Prezidentin dəstəyi ilə müvafiq dövlət proqramlarının xüsusu ilə “Regionların 2019-2023 cü illərdə sosial- iqtisadi inkişa Dövlət Proqramı”nın və digər infrastruktur layihələrin həyata keçirilməsi sayəsində həlli vacib problemlərdə öz müsbət həllini tapacaq: “Etimadınızı qazanaraq millət vəkiliniz seçiləcəyim təqdirdə mən də öz növbəmdə bölgələrimizdə həyata keçiriləcək quruculuq və abadlıq işləri çərçivəsində hələ ki qalmaqda olan bəzi problemlərin həllinin sürətləndirilməsi üçün respublikamızın aidiyyatı qurumları qarşısında məsələ qaldıracağam, səlahiyyətlərim və imkanlarım daxilində bu istiqamətdə müvafiq tədbirlər görəcəyəm. Fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə fəal iştirak etməyə dəvət edirəm. Mənə etimadınıza inanıraq sizi seşkilərdə ən doğru seçim etməyə, Goranboy rayonunun tərəqqisi ölkəmizin inkişafı, dövlətimizin güclənməsi və xalqımızın rifahının yüksəlməsi naminəYAP-sının deputatlığa namizədinə səs verməyə dəvət edirəm”.

Görüşdə cıxış edən qərargah üzvü Namiq Məmmədov ,Novruz Sadıqov, Müşviq Sadıqov,Elçin Tağıyev, çernobil əlili Qurban Həbibov, qəsəbə müsiqi məktəbinin müəllimi Eldar Orucov, İlqar İsmayılov və qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Həvayət Həsənova çıxış edərək ikinci dəfə Ağalar Vəliyevə etimad göstərərək 97 saylı Goranboy –Ağdam- Tərtər seçki dairəsindən Milli Məclisə namizəd göstərdikləri üçün Yeni Azərbaycan Partiyasına öz minətdarlıqlarını bildiriblər və YAP-ın namizədi Ağalar Vəliyevə səs vermək üçün 9 fevralda seçiciləri seçki məntəqələrinə gələrək Ağalar Vəliyevə səs verməyə səsləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR