® Deputatlığa namizəd Məşhur Məmmədov seçicilərlə növbəti görüş keçirib

® Deputatlığa namizəd Məşhur Məmmədov seçicilərlə növbəti görüş keçirib
# 30 yanvar 2020 12:57 (UTC +04:00)

VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Məmmədovun yanvarın 29-da YAP Masallı rayon təşkilatı aparatında seçicilərlə növbəti görüşü keçirilib.

Məşhur Məmmədov görüşdə seçki platformasını açıqlayıb. Bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edilib, iqtisadiyyatın şaxələndirilməsi prosesi uğurla həyata keçirilib.

Deputatlığa namizəd qeyd edib ki, hazırkı tarixi mərhələdə qarşıda mühüm vəzifələr durur.

O bildirib ki, Azərbaycanın inkişafını yeni mərhələyə çatdırmaq, dövlətimizi daha qüdrətli etmək, vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə nail olmaq, sabitliyi qorumaq namizədi olduğu hakim Yeni Azərbaycan Partiyasının seçki proqramının da əsasını təşkil edir.

Bundan başqa, Məşhur Məmmədov seçicilərinin sosial-rifah halının daha da yaxşılaşdırılması, qarşılaşdıqları problemlərin həlli üçün əlindən gələni edəcəyini, onların sözünü Milli Məclisin tribunasından səsləndirəcəyini söyləyib.

Görüşdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Əyyub Mehdiyev, Rəhimə Şahmirzəyeva, Mehdi Orucov, Şahüseyn Hüseynov, Ələkbər Dadaşov və başqaları Məşhur Məmmədovun layiqli namizəd olduğunu, onun seçkilərdə qələbə qazanacağına inandıqlarını bildiriblər. Qeyd olunub ki, Məşhur Məmmədovu camaat yaxşı tanıyır, gördüyü işlərlə əhali arasında böyük hörmət qazanıb. Natiqlər Məşhur Məmmədovun öz seçicilərini millət vəkili kimi lazımı səviyyədə təmsil edəcəyinə əminliklərini ifadə ediblər.

Daha sonra Məşhur Məmmədov seçicilərin problemləri ilə maraqlanıb, onların qaldırdıqları mələlərlə bağlı fikirlərini bildirib. Seçiciləri maraqlandıran sualları cavablandıran deputatlığa namizəd qaldırılan hər bir məsələyə diqqətlə yanaşacağını, əhalini narahat edən problemlərin həlli üçün əlindən gələni edəcəyini vurğulayıb.

Görüş iştirakçıları Məşhur Məmmədova uğurlar arzulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR