® İqbal Ağazadənin kitabxanadakı görüşündə yenə izdiham yaşandı

® İqbal Ağazadənin  kitabxanadakı  görüşündə yenə izdiham yaşandı
# 07 fevral 2020 20:18 (UTC +04:00)

Deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Sabir adına kütləvi kitabxanada seçicilərlə görüş keçirib. İqbal Ağazadənin təşviqat mərhələsində seçicilərlə son görüşü Milli qəhrəmanımız Mübariz İbrahimovun doğum gününə təsadüf etdiyi üçün, onun xatirəsinə sayğı duruşu, eləcə də şəhidimizin ruhuna alqışlarla başlanıb.

Görüş zamanı yenə izdiham yaşanıb, yüzlərlə insan içəri daxil ola bilməyib.

Çıxış edən İ. Ağazadə bu şəkildə coşqu ilə onun görüşünə gələn hər kəsə təşəkkürünü bildirib.

Görüşdə Qarabağ qazisi İ.Ağazadə ölkə və məhəlli problemlərdən danışıb, parlamentdə təmsil olunandan sonra bütün bu məsələləri Milli Məclisdə qaldıracağını dilə gətirib.

Görüşə qatılan bütün seçicilər bir nəfər kimi İ. Ağazadəni əmin ediblər ki, seçkidə iştirak edəcək və məhz ona səs verəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR