®İqbal Ağazadə Sadıqcan küçəsinin sakinləri ilə görüşüb - FOTO

®İqbal Ağazadə Sadıqcan küçəsinin sakinləri ilə görüşüb - FOTO
# 31 yanvar 2020 22:10 (UTC +04:00)

Deputatlığa namizəd, Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə Sadıqcan küçəsində sakinlərlə görüşüb. Böyük izdiham ilə keçən görüşdə İ.Ağazadə çıxış edərək məhəlli və ölkə problemlərindən danışıb, onların həll olunması yollarını izah edərək bildirib ki, bu problemlər qısa zamanda həll edilməlidir.

İ.Ağazadə onu da əlavə edib ki, Xətai rayonunun icra hakimiyyətinin başçısı məktəblərə qanunsuz tapşırıq verir: "Hörmətli başçı məktəblərə gedir, kimlərəsə tapşırıqlar verir. Seçicinin haqqına girməyə çalışırlar. Əmin olsunlar ki, biz buna imkan verməyəcəyik. Necə ki, Türkiyədə İstanbul seçicisi İmamoğlunun halal səsini təmin etdi, mən inanıram ki, Xətai seçicisi də seçki günü öz namizədinin yanında dayanacaq".

Qeyd edək ki, məhəllənin ağsaqqal seçiciləri də çıxış edərək bildiriblər ki, biz sonuna qədər İqbal Ağazadənin yanındayıq və 9 fevralda məhz ona səs verəcəyik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR