®Könül Nurullayeva seçicilərlə görüşüb - VİDEO

®Könül Nurullayeva seçicilərlə görüşüb - VİDEO
# 25 yanvar 2020 14:51 (UTC +04:00)

24 saylı Nizami 1-ci seçki dairəsindən parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayevanın insanlarla görüşləri davam edir.

Növbəti belə görüş yanvarın 23-də Nizami rayonunun Qara Qarayev küçəsi 85, 69, 81, 77 və 79 ünvanlarında yaşayan sakinlərlə keçirilib.

Qara Qarayev küçəsi, 85 saylı binanın qarşısında yerləşən oyun meydançasında vətəndaşlarla səmimi söhbət zamanı məlum olub ki, onlar növbədənkənar parlament seçkilərinə böyük ümid bəsləyirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın apardığı uğurlu siyasət və həyata keçirilən son islahatlar onlarda inamı daha da artırıb.

Bir gün sonra isə 24 saylı Nizami 1-ci seçki dairəsi üzrə Şərifli 100, M. Abbasov 23, K. Balakisiyev 61 və Q. Qarayev 68 ünvanlarında yaşayan binanın sakinləri ilə görüş keçirilib. Görüş zamanı K. Nurullayeva bir gənc olaraq, ağsaqqalların, ağbirçəklərin ona ümid işığı kimi baxmasından qürur keçirdiyini bildirib. Onların ümidlərini doğrultmağı gözəl və şərəfli missiya hesab edən namizəd vətəndaşların mövcud problemlərini dinləyib, çətinliklərin aradan qalxması üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib. Sonda K. Nurullayeva seçicilərini bu istiqamətdə əl-ələ verib fədakarlıqla, əzmlə birgə çalışmağa səsləyib.

Könül Nurullayeva haqqında qısa məlumat

2009-cu ildən Mili Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunan K. Nurullayeva Azərbaycan Atletika Federasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri, “Bakı-2020” Olimpiya Oyunlarına namizədliklə əlaqədar yaradılmış Təşkilat Komitəsinin və “Bakı-2017” İslam Həmrəyliyi Oyunları namizədlik komitəsinin icraçı direktoru kimi beynəlxalq Olimpiya hərəkatında ən gənc xanım rəhbər olaraq adını tarixə yazıb.

O, Pekin Olimpiya oyunlarında (2008-ci il) nümayəndə heyətinin rəhbərinin köməkçisi, London Olimpiya oyunlarında (2012-ci il) Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, eləcə də 2010-cu il Vankuver və 2014-cü il Soçi Qış olimpiadalarında nümayəndə heyətinin rəhbəri olub.

K. Nurullayeva “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsusi məsləhətçisi və Direktorlar Şurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yeri tutmuş Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.

2013-cü ildə Avropa Olimpiya Komitəsinin “Qadın və İdmanda Bərabərlik” komissiyasının üzvü seçilən K. Nurullayeva ölkəmizi Avropa Olimpiya strukturlarında təmsil edən ilk xanımdır.

2013-cü ildə Könül Nurullayeva 57 ölkənin birləşdiyi, Beynəlxalq Olimpiya Komitəsindən sonra dünyanın 2-ci ən böyük idman qurumu sayılan İslam Həmrəylik İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinə seçilən ilk xanım nümayəndədir.

Azərbaycan Prezidenti İlham Əliyev 4-cü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayır. Könül Nurullayeva həmin Komitənin Katibi təyin edilir.

2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulan “Qadın və İdman-Gender Bərabərliyi” komitəsinə rəhbər təyin olunub, İHİF tərəfindən 2021-ci ildə İstanbulda keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Şurasına üzv seçilib.

Ailəlidir, 1 övladı var.

Parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva haqqında daha ətraflı məlumatla bu linkə daxil olaraq tanış ola bilərsiniz.

https://m.facebook.com/nurullayevakonul/

https://instagram.com/konulnurullayeva.official?igshid=s8woq6tzq4lt

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR