DNİK dərnəyinin daha bir üzvü təşkilatı tərk etməsi ilə bağlı bəyanat verib

DNİK dərnəyinin daha bir üzvü təşkilatı tərk etməsi ilə bağlı bəyanat verib
# 30 avqust 2019 17:07 (UTC +04:00)

Demokratiya Naminə İnqilab Komitəsi adı altında yaradıldığı bildirilən dərnəyin daha bir üzvü Vəfadar Əliyev həmin təşkilatın üzvlüyündən rəsmi olaraq çıxması ilə bağlı bəyanat verib.
APA-nın məlumatına görə, V.Əliyev bəyanatında qeyd edib: "DNİK-in layihəsi və onun qarşıya qoyduğu məqsədlər məni qane etmir. Mən hər zaman ölkədə inqilabi hərəkətlərə, xaos və hərc-mərcliyin yaranmasına qarşı olmuşam".

Dərnəyin sadəcə layihə kimi yaradıldığını vurğulayan Vəfadar Əliyev dərnəyin fəaliyyət göstərmədiyini bildirib.

Xatırladaq ki, dərnək üzvü Mahmud Əhmədli də təşkilatın üzvlüyündən rəsmi olaraq çıxması ilə bağlı bəyanat verib.

Qeyd edək ki, son dövrlərdə sosial şəbəkələrdə özünü ALÖV (Azərbaycanın Ləyaqətli Övladları Vəhdəti) partiyasının təsisçisi və sədri Rza Səfərsoy kimi təqdim edən şəxs müxtəlif məzmunlu paylaşımlar edərək, həmin təşkilatı təsis edərək insanları qanunsuz etiraz aksiyaları təşkil etməklə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR