DNİK üzvü: “Təşkilat tezliklə dağılacaq”

DNİK üzvü: “Təşkilat tezliklə dağılacaq”
# 29 avqust 2019 20:34 (UTC +04:00)

Demokratiya Naminə İnqilab Komitəsi adı altında yaradıldığı bildirilən dərnək üzvü Mahmud Əhmədli həmin təşkilatın üzvlüyündən rəsmi olaraq çıxması ilə bağlı bəyanat verib.

APA xəbər verir ki, M.Əhmədli bəyanatında qeyd edib: “Təşkilata həmin adın qoyulmasına ilk gündən etiraz etmişəm. Mən hər zaman ölkədə yaradılmış sabitliyin qorunmasının tərəfdarı olmuşam”.

İlk gündən layihənin üzvləri arasında fikir ayrılığı olduğunu vurğulayan M.Əhmədli təşkilatın çox davam etməyərək tezliklə dağılacağını qeyd etmişdir. M.Əhmədli avqustun 29-da təşkilatın üzvlüyündən rəsmi olaraq çıxmağı barədə rəsmi bəyanat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR