Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM
# 16 avqust 2019 16:03 (UTC +04:00)

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Abbas Sultan oğlu Xəlilova

general-mayor Ehram Arif oğlu Hacıyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Ramin Sabir oğlu Bağırova

“kontr-admiral” hərbi rütbəsi

1-ci dərəcəli kapitan Abbas Hüseyn oğlu Qiyasova

1-ci dərəcəli kapitan Ziyad Balakərim oğlu Ağayevə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR