Dövlətə məxsus müəssisələr qrant alınmasına dair sazişlər bağlaya biləcək

Dövlətə məxsus müəssisələr qrant alınmasına dair sazişlər bağlaya biləcək
# 04 iyul 2019 16:37 (UTC +04:00)

Dövlətə məxsus müəssisələr texniki yardım və qrant alınmasına dair sazişlər bağlaya biləcək.

APA-nın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanın hazırkı 2.1-ci bəndində göstərilir ki, Mərkəzi və digər icra hakimiyyəti orqanları tərəfindən sazişlərə dair danışıqlara başlanması haqqında təkliflər həmin sazişlərin layihələri əlavə olunmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

Dəyişikliklə isə Mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən sazişlərə dair danışıqlara başlanması haqqında təkliflər həmin sazişlərin layihələri əlavə olunmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcək.

Digər bir dəyişikliklə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti texniki yardım və ya qrant alınmasını məqsədəuyğun hesab edərsə, müvafiq icra hakimiyyəti orqanlarının, dövlətə məxsus müəssisələrin rəhbərlərinə müvafiq donorla danışıqlara başlanmasına dair razılıq verəcək.

Fərmanın hazırki 2.5-ci bəndi isə belədir: dövlətə Azərbaycan Respublikasının Nazirlər Kabineti texniki yardım və ya qrant alınmasını məqsədəuyğun hesab edərsə, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərinə müvafiq donorla danışıqlara başlanmasına dair razılıq verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR